Now Reading:
Trump “Rusiya istintaqı”nda təmizə çıxdımı
Full Article 50 second read


Demokrat konqresmenlər, eləcə də bir sıra respublikaçılar ABŞ prezidenti Donald Trump-ın Rusiya istintaqıyla bağlı dediyini mübahisələndirir. Trump deyib ki, respublikaçıların Federal Təhqiqat Bürosunun (FTB, ingiliscə qısa adı – FBI) izləmə səlahiyyəti barədə hazırladığı məxfi memo onu bu istintaqda təmizə çıxarıb.

Fevralın 4-də bir sıra konqresmenlər televiziya müsahibələrində ümidvar olduqlarını bildiriblər ki, xüsusi müşavir Robert Mueller-in istintaqı heç bir müdaxiləsiz davam edəcək. Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da seçkiyə iddia olunan müdaxiləsini, Trump-ın seçki kampaniyasına hər hansı bağlılığını araşdırır.

“MƏQSƏD FTB-YƏ ZƏRBƏ VURMAQDIR”

“Memonun məqsədi FTB-yə zərbə vurmaq, onu, Mueller-in istintaqını gözdən salmaqdır”, – Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin aparıcı üzvü Adam Schiff deyib.

Respublikaçıların hazırladığı memoda iddia olunur ki, FTB Trump-ın seçki kampaniyasının Rusiyayla mümkün əlaqələrini araşdırarkən izləmə səlahiyyətindən sui-istifadə edib. Trump da bu memonun onu tamamilə təmizə çıxardığını iddia edib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.