Now Reading:
Trump nüvə sazişinin məhvinə “can atır”
Full Article 30 second read


ABŞ prezidenti Donald Trump-ın dövlət katibi Rex Tillerson-u vəzifədən kənarlaşdırması Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxmaq istədiyini göstərir. Bunu İran xarici işlər nazirinin müavini Abbas Araghchi deyib.

“Birləşmiş Ştatlar nüvə sazişindən çıxmaq niyyətində qətiyyətlidir və Dövlət Departamentində dəyişiklik də bu məqsədlə edilib”, – ISNA xəbər agentliyi martın 14-də nazir müavininə istinadla yazıb.

Trump martın 13-də Twitter-də yazıb ki, Tillerson vəzifədən kənarlaşdırılır və onu Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mike Pompeo əvəzləyəcək. Pompeo Tillerson-a nisbətən İranla bağlı daha sərt mövqe tutur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: