Now Reading:
Trump-ın Rusiya ilə əlaqələrinə dair sübutlar “konkretləşir”
Full Article 2 minutes read

Trump-ın Rusiya ilə əlaqələrinə dair sübutlar “konkretləşir”



“The Guardian” yazır ki, rəsmi təhqiqata əsasən Donald Trump-la Rusiya arasında iddia olunan əlaqələr barədə dəlillər artıq “daha konkret, daha spesifik və daha inandırıcıdır”.

Məqalədə iddia edilir ki, yeni sübut “Trump kampaniyasının adamları ilə Rusiya casusları arasında hakerliklə əldə olunmuş materialdan istifadə məqsədilə müzakirələr olduğunu” təsdiq edir.

Bu da qeyd olunur ki, Rusiya kəşfiyyat əməliyyatçıları ilə Trump-ın kampaniya komandası arasında sözü gedən əlaqələr barədə ilkin məlumatları amerikalı həmkarlarına Britaniya agentləri ötürüblər.

“The Guardian” yazır ki, Britaniya və Avropa kəşfiyyat orqanları ABŞ prezidentinə yaxın adamlarla Rusiya rəsmiləri arasında olan şübhəli “təmasları” hələ 2015-ci ildə Rusiyanın cari müşahidəsi zamanı aşkar ediblər.

CNN telekanalının verdiyi məlumata görə Britaniyanın ən ali kəşfiyyat orqanı Hökumət Kommuniskasiyaları Baş Qərargahı və ya qısaca GCHQ də daxil olmaqla, kəşfiyyat orqanları məxsusi olaraq Trump komandasını hədəfləməslər də, cari iş çərçivəsində qeydə alınmış kommunikasiyalar şübhəli əlaqələr barədə fikir söyləməyə imkan verib.

“The Guardian” yazır ki, bu məlumatlar ABŞ-a “Beş göz” sazişi deyilən qurumun çərçivəsində ötürülüb. Qeyri-rəsmi adı “Beş göz” olan bu alyans yalnız ingilisdilli ölkələrdən – ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Yeni Zelandiya və Kanadadan ibarətdir.

Bir neçə ay ərzində eyni adamları hədəfləyən kəşfiyyat agentlikləri respublikaçıların daxili çevrəsi ilə Rusiya əməliyyatçıları arasındakı kommunikasiyalarda “sistemlilik” aşkar ediblər.

2016-cı ilin yayınadək olan 6 ay müddətində müxtəlif agentliklər məlumatları ABŞ kəşfiyyatına ötürsələr də, amerika xəfiyyələri lənglik göstəriblər.

“Belə görünür ki, ABŞ agentlikləri yatıbmışlar, – deyib bir mənbə “The Guardian” qəzetinə, – Avropa agentlikləri onlara deyirdilər: “cənab Trump-a yaxın adamlarla Rusiya kəşfiyyat agentlikləri arasında davamlı əlaqələr var. Siz buna diqqət yetirməlisiniz”.

“Mesaj sadə idi: “Diqqətli olun. Burada nəsə xoşagəlməz şeylər baş verir”.

GCHQ qurumunun bu təhqiqatda iştirakı müəyyən ziddiyyətlərə səbəb olub. Çünki prezidentin sözçüsü Sean Spicer bundan əvvəl “Britaniyanın casus agentliyini” Barack Obamanın göstərişi ilə Trump Tower binasına dinləmə qurğusu qoymaqda ittiham etmişdi.

Bu bəyanatı verərkən Spicer Fox News-da heç bir istinadsız verilən məlumata əsaslanmışdı.

Bunun ardınca GCHQ mediaya şərh verməmək adətinə xilaf olaraq bu ittihamların “cəfəngiyyat” olduğunu bəyan etmişdi.

Qurumun sözçüsü bildirdimişdi ki, “bu ittiham axmaqlıqdır və ona fikir verməyinə dəyməz”.

 

(bbc azəri)

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: