Now Reading:
Trump-ın keçmiş dostu da xüsusi prokurorla əməkdaşlığa razılaşıb
Full Article 2 minutes read


“The Guardian” yazır ki, Ağ Evin keçmiş strateqi Steve Bannon Trump komandasının Rusiya ilə mümkün sövdələşməsini araşdıran xüsusi prokuror Robert Mueller-in müstəntiqləri ilə görüşməyə razılıq verib. Bu barədə məlumatın etibarlı mənbədən alındığı qeyd olunur.

Məqalədə deyilir ki, beləliklə də, Banon böyük jüri qarşısında ifadə vermək əvəzinə, müstəntiqlər tərəfindən dindiriləcək.

Bu da xəbər verilir ki, məlumatı çatdıran şəxsin mətbuata danışmaq icazəsi olmadığından adı anonim saxlanılır.

Həmin mənbənin məlumatına görə, Bannon xüsusi prokurorun təhqiqatı ilə əməkdaşlığa razılıq verib.

Bununla belə onun nə vaxt dindiriləcəyi məlum deyil.

Associated Press bildirir ki, Mueller Bannon-a dindirməyə gəlməsi üçün rəsmi çağırış göndərib.

Breitbart News saytının keçmiş redaktoru Bannon çərşənbə axşamı Nümayəndələr Palatasının kəşfiyyat komitəsi qarşısına gətirilsə də, Trump-ın keçid komandasında və Ağ Evdə olduğu vaxt barədə suallara cavab verməkdən imtina edib.

Ağ Evin sözçüsü Sarah Sanders müxbirləri inandırmağa çalışıb ki, burada heç bir qeyri-adilik yoxdur və prokuror dindirməsində adətən Ağ Evin vəkili də iştirak edir.

Bu da xəbər veruilir ki, Bannon Konqres komitəsi qarşısında suallara cavab verərkən, onun vəkili Bill Burck aramsız olaraq Ağ Evə zəng edib, hansı suala cavab verilməli olub-olmadığını soruşurmuş.

Ağ Evdən Bannon-a tapşırılıb ki, özünün keçid komandasındakı və administrasiyadakı fəaliyyəti barədə suallara cavab verməsin.

Burck-un bu göstərişləri Ağ Evdə konkret olaraq kimdən aldığı da bilinmir. “The Guardian” yazır ki, bu, böyük bir ehtimalla Trump-ı xüsusi prokurorun təhqiqatında təmsil edən vəkil Don McGahn ola bilərdi.

AP xəbər verir ki, Trump-ın keçmiş kampaniya meneceri Corey Lewandowski və Ağ Evin vəzifəli müşaviri Rick Dearborn kəşfiyyat komitəsinin qarşısında ötən çərşənbə günü ifadə veriblər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.