Now Reading:
Trump hökumətin maliyyələşdirilməsi qanununu imzaladı
Full Article 2 minutes read


ABŞ prezidenti Donald Trump federal hökumətin fevralın 8-dək maliyyələşdirilməsiylə bağlı sənədi imzalayıb. Bununla da ABŞ hökuməti üç günlük dayanmadan sonra yenidən işə düşüb.

Konqresin hər iki palatası qanunu qəbul edəndən sonra, yanvarın 23-də Trump sənədi imzalayıb.

“Konqresdəki demokratların ağıllanmasından məmnunam”, – Trump deyib.

Qeyd edək ki, hökumətin bağlanmasına görə hər iki partiya bir-birini ittiham edirdi.

Demokratlar müvəqqəti maliyyələşməylə bağlı sənədin səsverməyə çıxarılmasını əngəlləyirdi, DACA proqramı üzrə razılaşma tələb edirdi. Bu proqram uşaqkən Birləşmiş Ştatlara getmiş və orada qanunsuz qalmış 700 minədək mühacirin deportasiyadan qorunmasnı nəzərdə tutur.

Senatda respublikaçıların lideri Mitch McConnell bu məsələnin sürətli həllinə boyun olub. O, ümidvar olduğunu bildirib ki, fevralın 8-dək immiqrasiya, sərhəd təhlükəsizliyi, fəlakətlərə qarşı yardım, hərbi maliyyə və daha artıq məsələlər üzrə hər iki partiya razılıq əldə edəcək.

***

ABŞ Konqresi yanvarın 22-də hökumət fəaliyyətinin qısa müddətdə maliyyələşdirilməsi haqqında qanunu qəbul edib.

Reuters agentliyi xəbər verir ki, bu respublikaçıların demokratlara yaxın gələcəkdə gənc qanunsuz mühacirlərin taleyi məsələsinin geniş müzakirəsini vəd edəndən sonra mümkün olub.

Müvəqqəti maliyyələşdirmə haqqında ötən oktyabrdan bəri dördüncü qanun Senat və Nümayəndələr Palatasından asanlıqla keçib.

Qanun Trump tərəfindən imzalanması üçün Ağ Evə göndərilib.

Reuters yazır ki, Konqresdəki respublikaçı və demokrat liderlərin arasında gedən danışıqlarda əldə olunmuş razılaşma hökumət idarələrinin fevralın 8-dək maliyyələşdirilməsinə imkan yaradacaq.

Xəbərdə deyilir ki, həmin gün Konqres büdcə və mühacirlər məsələsinə bir daha baxacaq.

Nümayəndələr Palatası müvəqqəti maliyyələşdirmə qanununu 266-150, Senatsa 81-18 nisbəti ilə qəbul edib.

Bundan əvvəl Senatdakı demokratların lideri Chuck Schumer və Trump arasında danışıqılar nəticəsiz başa çatmışdı.

Bununla belə prezident demokratlara yeni atmaca atmaqdan çəkinməyib: “Mən məmnunam ki, Konqresdəki demokratlar özlərinə gəldilər. Biz mühacirlər barədə uzunmüddətli razılaşmanı yalnız o vaxt qəbul edəcəyik ki, bu, ölkənin xeyrinə olsun”.

Amma demokratlar bildiriblər ki, onlar hökumətin üç həftəlik müvəqqəti maliyyəşləşdirilməsinə, yalnız gənc miqrantların taleyi ilə bağlı qətnamə barədə qərar qəbul olunanadək razılaşıblar.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.