Now Reading:
Trampın Rusiyaya qarşı nüvə doktrinası sərtləşdiriləcək
Full Article 2 minutes read


Fevralın 2-də açıqlanmış siyasət bəyanatında deyilir ki, prezident Donald Tramp Rusiyanın son illərdəki hərəkətlərinə cavab olaraq ABŞ-ın nüvə arsenalını təkmilləşdirməyi və üstünlüyü qeyri-strateji və ya taktiki nüvə silahlarına verməyi planlaşdırır.

Nüvə İcmalı (The Nuclear Posture Review) adlı sənəd Tramp hökumətində Pentaqonun nüvə silahı sahəsindəki məqsədlərini əks etdirir. 2010-cu ildən bəri ilk dəfədir ki, hərbiyyə qarşıdan gələn onilliklərdə nüvə təhlükəsini necə gördüyü barədə məlumat verir.

Sənəddə deyilir ki, Rusiya Avropada hətta məhdud nüvə hücumu həyata keçirərsə “bunun onun üçün ağır nəticələr verəcəyinə inanmalıdır”.

ABŞ-ın müdafiə naziri Jim Mattis 75 səhifəlik bu geniş icmalda yazır ki, “bu, Rusiyanın öz qüdrətini genişləndirməsinə, onun strategiya və doktrinasının təbiətinə reaksiyadır”.

İcmalda “de-eskalasiya üçün eskalasiya” kimi tanınan Rusiya doktrinasına xüsusi diqqət yetirilir. Moskva bu doktrinasında Avropada adi silahlarla aparılan münaqişələrdə kiçik taktiki nüvə silahından istifadə edə biləcəyi ilə hədələyir. Bundan məqsəd Birləşmiş Ştatları və NATO-nu Avropada geri oturtmaqdır.

İcmalda deyilir ki, Rusiyanın bu doktrinası onun ilk dəfə olaraq nüvə silahından münaqişədə istifadə etmək niyyətini göstərir.

Pentaqonun icmalı bu problemin iki mərhələdə həllini təklif edir.

Birinci addım kimi Trident strateji sualtı gəmilərindəki mövcud uzaqmənzilli ballistik raketlərin daha kiçik nüvə başlıqları ilə əvəzlənərək modifikasiya edilməsi nəzərdə tutulur.

İkinci addım “daha uzun müddətdə” dənizdən atılan qitələrarası nüvə raketlərinin inkişaf etdirilməsini və 2011-ci ildə Obama adminsitrasiyası tərəfindən silahlanmadan çıxarılmış raketlərin xidmətə qaytarılmasını nəzərdə tutur. Belə raketlər Soyuq Müharibə illərində mövcud idi.

AzadliqRadiosu

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.