Now Reading:
Tramp üç aylıq maaşını veteranlara bağışladı
Full Article 30 second read

ABŞ prezidenti Donald Tramp yanvar-mart ayları ərzində aldığı əmək haqqını müharibə qazilərinin müalicəsi məqsədi ilə Veteran məsələləri departamentinə ianə edib.



Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Seçki qabağı kampaniyası zamanı vəd etdiyi kimi, prezident öz maaşını xeyriyyə məqsədilə ianə edir. O, 2018-ci ilin birinci rübünün qazancını Veteran məsələləri departamentinin müayinə-müalicə proqramlarına bağışlayıb”, – deyə Ağ Evin rəsmisi Sara Sanders bildirib.

Qeyd edək ki, ABŞ-da Ağ Ev rəhbəri ilə 400 min dollar maaş alır.

“Forbes”un hesablamalarına görə, keçmiş daşınmaz əmlak maqnatı Trampın varidatı 3,7 milyard dollara yaxındır.

Oxu.az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: