Now Reading:
“Tramp nə əmim, nə də dayım oğludur…” – Ziya Məmmədov
Full Article 40 second read

“Tramp nə əmim, nə də dayım oğludur…” – Ziya Məmmədov



Xəbər verdiyimiz kimi, “Amerika-Azərbaycan” Alyansının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasiminə dəvət olunub. İş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq.

24saat.org-un Musavat.com-a istinadən məlumatına görə, Ziya Məmmədov oğlunun ABŞ prezidentinin inaqurasiya mərasiminə dəvət edilməsi barədə yayılmış xəbərə münasibət bildirib.

“Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.