Now Reading:
Tramp müsəlmanları polislə əməkdaşlığa çağırıb
Full Article 50 second read

Tramp müsəlmanları polislə əməkdaşlığa çağırıb



Donald Tramp proqnozların əksinə olaraq ilkin seçkilərdə qələbə qazanıb.
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə ehtimal olunan namizəd Donald Tramp müsəlmanları polislə əməkdaşlığa və [cinayətkarları] “təslim etməyə” çağırıb.

Britaniyanın İTV kanalına müsahibəsində Tramp deyib ki, o, müsəlmanlara qarşı deyil, “terrora qarşıdır”.

O, həmçinin Britaniya baş naziri Devid Kemeronun, onu müsəlmanların ABŞ-a girişinə qadağa çağırışına görə “axmaq, bölücü və səhv” adlandırmasına da cavab verib.

Cənab Tramp bu çağırışı keçən il, hələ partiyasının öndə gedəni olmadığı zaman etmişdi.
Daha sonra o deyib ki, prezident olmadığı üçün, “dedikləri sadəcə təklifdir”.

Lakin o iddia edir ki, onun müsəlmanların Amerikaya girişinə qadağa çağırışı sadəcə siyasətçilər tərəfindən tənqidlə qarşılanıb və dünyada milyonlarla insan “Donald Trampın doğru olduğunu” deyir.

Bir sıra yüksək rütbəli Respublikaçı siyasətçi onu dəstəkləməkdən imtina edib. Partiyadan prezidentlik yarışında iştirak edən digər rəqibləri namizıədliklərini geri götürüblər.
Demokratlar Partiyasından isə Hillari Klinton rəqibi Berni Sandersi üstələyir (BBC).

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.