Now Reading:
Traktorun aşması nəticəsində 6 qadın boğulub öldü
Full Article 40 second read

Qadınlar traktor qoşqusunda pambıq tarlasına işləməyə gedirmiş



Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Şəhriyar kəndində raktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 6 nəfər boğuraq ölüb. Ölənlərin hamısı qadındır. Onlar ana, iki qızı və yaxın qohumlardır. Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını pambıq tarlasına işləməyə aparırmış.

Ölənlər – 1979-cu il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları, 2000-ci il təvəllüdlü Bağırova Fatimə Teymur qızı, 1998-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı, onların qohumları, 1966-cı il təvəllüdlü İmanova Məlahət Mehbalı qızı, 1989-cu il təvəllüdlü Qasımova Xəyalə Əbülhəsən qızı, 1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızıdır. (APA)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.