Now Reading:
Tovuzda itkin düşən 2 uşaq anası Bakıda tapıldı
Full Article 30 second read

Tovuzda itkin düşən 2 uşaq anası Bakıda tapıldı



İyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində müəmmalı şəkildə itkin düşən 27 yaşlı Aytəkin Quliyeva tapılıb.

Bu barədə A.Quliyevanın atası Məzahir Quliyev məlumat verib. Məzahir Quliyev bildirib ki, qızı bu gün Bakının Nəsimi rayonunda, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında kameralarda görünüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları nəticəsində A.Quliyevanın qaldığı yer müəyyən edilib və tapılıb. A.Quliyeva hazırda Tovuz Rayon Polis Şöbəsində dindirilir.

Xatırladaq ki, Tovuz rayonunun Öysüzlü kənd sakini, iki uşaq anası 27 yaşlı A.Quliyeva iyunun 14-də evdən çıxıb və bir daha geri qayıtmamışdı. Qadının ailəsində münaqişə yaşadıqdan sonra evi tərk etdiyi bildirilirdi.(Trend)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: