Now Reading:
Tovuzda ana və yeni doğulmuş körpəsi ölüb
Full Article 30 second read


Tovuzda ana və uşaq ölümü baş verib.

APA-nın məlumatına görə, Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Uşaq dünyaya gələn zaman ölüb. Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bu, A. Dadaşovanın ilk hamiləliyi olub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.