Now Reading:
Tofiq Yaqublunun Müsavat başqanın müavinliyindən çıxarılmasının pərdəarxası məqamları
Full Article 2 minutes read


Xəbər verildiyi kimi Müsavat başqanının müavini Tofiq Yaqublu partiyadakı vəzifəsindən çıxarılıb. Məlumata görə, Tofiq Yaqublunun müavin vəzifəsindən çıxarılması onun həm də Milli Şuranın Koordinasiya Mərkəzinin üzv olması ilə bağlıdır. 2013-cü ildə keçirilən prezident seçkisindən sonra Müsavatla Milli Şuranın yolları ayrılıb. Lakin buna baxmayaraq bəzi məsələlərdə hər iki təşkilat ortaq mövqe sərgiləyiblər. Elə aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkiləri ilə bağlı da Milli Şura ilə Müsavat Partiyası eyni qərarı bölüşüblər. Hər iki təşkilat seçkiləri boykot edib. Bu halda Tofiq Yaqublunun Milli Şuranın üzvü olması nədən Müsavat rəhbərliyini narahat edir?

Bəzi mülahizələrə görə, Müsavat Partiyası seçkilərin boykot edilməsini tərəfdarı olmayıb. Boykot qərarına qədər Müsavatın bəzi funksionerlri seçkilərdə iştiraka yönəlik açıqlamalarla çıxış edirdilər. Partiyanın namizədi də hələ 2014-cü ildən məlum idi: Müsavatın keçmiş başqanı İsa Qəmbər. Gözləntilər Müsavatın seçkilərdə iştirak edəcəyi barədə olduğu halda partiyanın Məclisi boykot qərarı verdi. Əslində isə bu qərar İsa Qəmbərdən gəlirdi. Keçmiş başqan indiki siyasi şəraitdə seçkilərdə iştirakın acı məğlubiyyətə səbəb olcağının fərqində idi.

Növbəti mərhələdə seçkiləri boykotu reallığa çevirmək üçün ciddi səy göstərilməlidir. Bunun üçünsə müxalifətin birgə fəaliyyəti zəruridir. Əks təqdirdə boykotun heç bir effekti olmayacaq. Tofiq Yaqublunun başqan müavinlyindən azad edilməsi isə onu deməyə əsas verir ki, Müsavat Milli Şura ilə birgə mübarizə aparmaq niyyətində deyil. Ehtimal etmək olar ki, hakimiyyətin Milli Şuraya qarşı barışmaz mövqedə dayanması, qurumu düşmən elan etməsi Müsavatı bir qədər ehtiyatlı olmağa məcbur edib.

Başqa bir məlumata görə isə Tofiq Yaqublu Baş Prokurorluğa çağırılması ilə əlaqədar müavinlik postundan uzaqlaşdırılıb. Bildirilir ki, prokurorluqda Tofiq Yaqubluya facebook-da sərt statuslar yazdığına görə xəbərdarlıq edib. Bundan sonra onun müavinlikdən çıxarılması baş verib. Güman etmək olar ki, indiki ağır şəraitdə Müsavat Tofiq Yaqubluya görə hakimiyyətin hədəfinə gəlmək istəmir.

Az24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.