Now Reading:
“Times” Ərdoğan ilə Hollivud ulduzunun “ittifaqı”ndan yazıb
Full Article 2 minutes read

“Times” Ərdoğan ilə Hollivud ulduzunun “ittifaqı”ndan yazıb



İngiltərənin “Times” qəzeti Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Hollivud ulduzu Lindsay Lohan arasında əlaqəni açıqlayan bir xəbər nəşr edib.

Xəbərdə Lindsay Lohan ilə Türkiyə prezidentinin ittifaqının arxasında başqa birinin olduğu bildirilir. Xəbərə görə onların arasında son aylarda aydın görünən sıx əlaqənin təməlində Suriyalı sığınmacılara duyulan maraq var.
“30 yaşındakı Lohanın bulvar qəzetlərində yer alan əyələncəli həyatını təqib edənlər onun hökumət tərəfdarı olan qəzetlərə çıxmasına çaşdı. Oktyabr ayında sığınacaq axtaran şəxslər düşərgəsini ziyarət etdiyində başını bir çadra ilə möhkəmcə bağlamışdı. Oktyabr sonlarında Yunanıstandakı gecə klubunu açarkən bir müxbirə təkrar təkrar “dünya beşdən böyükdür” dedi. Ərdoğan bu ifadəni BMT Təhlükəsizlik Şurasını tənqid üçün istifadə edir”-deyə qəzet yazır.
“Yanvar ayında rəsmi bir şəkildə geyinən Lohan 63 yaşındakı Ərdoğanı və həyat yoldaşı Əminə Ərdoğanı Ankaradakı min otaqlı saraylarında ziyarət etdi. “Prezident Ərdoğan və birinci ledinin məni dəvət etməsi xəyal kimi” deyə yazmışdı “Twitter”də” Lindsay.
Qəzet yazır ki, Lohanın Türkiyə ziyarətlərinin arxasında Ərdoğan tərəfdarı köşə yazarı olan Hilal Kaplan var.
“Kaplanın həyat yoldaşıyla birlikdə qurduğu Beynəlxalq əlaqələr üzrə Bosfor Mərkəzi adlı düşüncə təşkilatının internet saytına daxil olduğunuz zaman, hara vursanız. qarşınıza Ərdoğan çıxır”.
“Times”a danışan Kaplan Lohan ilə bir ortaq yoldaşları vasitəsi ilə tanış olduqlarını, oyunçunun bir sığınacaq axtaran şəxslər düşərgəsini ziyarət etmək istədiyini söyləməsi üzərinə bu ziyarəti təşkil etdiklərini deyib: “lk başda bu istəyi ilə bağlı şübhələrim var idi, amma sığınmacılara qarşı çox səmimi idi. Sonra Ərdoğan ilə tanış olmaq istədiyini söyləyincə vasitəsi olduq.”

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.