Now Reading:
Tillerson Moskvaya xəbərdarlıq etdi
Full Article 1 minutes read

Tillerson Moskvaya xəbərdarlıq etdi

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

ABŞ dövlət katibi Reks Tillerson deyib ki, aprelin 12-də Moskva görüşündə Rusiyanın öz müttəfiqi Suriyanın kimyəvi silahdan istifadə etməsinə mane olmamaqda günahlandıracaq.

Tillerson aprelin 9-da ABC şirkətinə müsahibəsində deyib ki, o, səfər zamanı Rusiya hökumətini Suriyada kimyəvi silahların ləğvinə qarant olması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliyi yerinə yetirməyə çağıracaq.

ABŞ dövlət katibi xəbərdarlıq edib ki, əgər Suriya bir daha kimyəvi hücuma əl atsa, bu açıq şəkildə ABŞ-Rusiya münasibətlərinə ziyan vuracaq.

Suriya hökümətinin üsyançıların nəzarət etdiyi İdlibdə zəhərli qaz hücumu həyata keçirərək azı 100 nəfərin ölümünə səbəb olmasından bir neçə gün sonra ABŞ Suriyaya qarşı raket hücumu həyata keçirib.

Qaz hücumu qurbanlarının çoxu azyaşlı uşaqlar olub.

ABŞ dinc sakinlərə qarşı işlədilən bu hücuma görə birbaşa Suriya rejimini ittiham edib.

Suriya prezidenti Bashar Assadın yaxın müttəfiqləri olan Rusiya ilə İran isə ABŞ-ın raket zərbələrini qınayaraq, bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan ediblər.

Türkiyə və Avropapa İttifaqı ölkələri ABŞ-ın bu addımını dəstəkləyib.

Tillerson Moskvaya İtaliyada Böyük Yeddiliyin xarici işlər nazirlərinin ikigünlük görüşündən sonra gedəcək.

Görüş aprelin 9-dan 11-dək davam edəcək.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.