Now Reading:
Tillerson Moskva səfərində Putinlə görüşməyəcək
Full Article 50 second read

Tillerson Moskva səfərində Putinlə görüşməyəcək



ABŞ-ın Xarici işlər naziri Rex Tillersonun Moskva səfəri zamanı Rusiya prezidenti Vladimir Putin ilə görüşməyəcəyi açıqlanıb.

ABŞ-ın hərbi müdaxiləsindən sonra qarşılıqlı sərt ittihamların ardınca Suriyayla əlaqədar Rusiyadan daha bir açıqlama gəlib.

Kremldən verilən açıqlamada Cenevrə və Astanada aparılan sülh danışıqlarının bir alternativi olmadığı və “Əsəd getməlidir” şəklindəki fikrin sülhə bir faydası olmayacağı qəti şəkildə vurğulanıb. Moskva rəhbərliyi ABŞ-ın məsələyə yanaşma şəklindən yeni ABŞ rəhbərliyinin Suriya ilə əlaqədar əməkdaşlıq məsələsində könülsüz olduğunu ifadə edib.

Kremlin açıqlamasında Rusiya-ABŞ əlaqələrindəki  digər bir əhəmiyyətli gündəm maddəsi olan ABŞ-ın Xarici işlər naziri Rex Tillersonun Moskva ziyarətinə də diqqət çəkilib. Kremlin sözçüsü Peskov Tillersonun Moskva səfəri zamanı Rusiya prezidenti Vladimir Putin ilə görüşməyəcəyini, görüşün yalnız Tillerson ilə Lavrov arasında olacağını söyləyib.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: