Now Reading:
Tillerson Kreml qarşısında şərt qoydu: “Ya ABŞ-la müttəfiqlik, ya da…”
Full Article 1 minutes read

Tillerson Kreml qarşısında şərt qoydu: “Ya ABŞ-la müttəfiqlik, ya da…”



Rusiyaya səfəri öncəsi ABŞ dövlət katibi Reks Tillerson Kreml qarşısında şərt qoyub.

Dövlət katibi bildirib ki, Moskva ya ABŞ-la müttəfiqliyi seçməli, ya da Suriya lideri Bəşər Əsədin, İranın və “Hizbullah”ın yanında yer almalıdır.

“Associated Press”in məlumatına görə, Tillerson bu bəyanatı ilə Moskvaya açıq şəkildə ultimatum göndərib.

“Biz Suriya xalqının iztirablarını yüngülləşdirmək istəyirik. Rusiya bu planda yer ala və böyük rol oynaya bilər. Əks halda Rusiya sadaladığım qruplara dəstəyini davam etdirməlidir ki, bu da gələcəkdə Moskvanın maraqlarına cavab verməyəcək”, – deyə Tillerson bildirib.

Tillerson qeyd edib ki, Rusiyanın Suriyadakı kimyəvi silah qalmaqalına nə dərəcədə aidiyyətinin olduğu hələ dəqiqləşməyib. Lakin bu, İdlibdə kimyəvi silahın qurbanı olanlar üçün xüsusi əhəmiyyət daşımır.

Əsəd rejiminin ömrünün sona çatmaq üzrə olduğunu deyən dövlət katibi bu prosesin hansı formada yekunlaşacağının hələlik sual altında olduğunu bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibinin Moskvaya səfəri sabah başlayır.

Səfər zamanı Tillerson Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək və Moskvadan Əsəd rejiminə dəstəyi dayandırmağı tələb edəcək.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.