Now Reading:
Tillerson ABŞ hərbçilərinin Suriyada ‘lazım olan qədər’ qalacağına işarə edib
Full Article 1 minutes read


ABŞ dövlət katibi Rex Tillerson deyib ki, Amerika hərbçiləri, özünü İslam Dövləti adlandıran ekstremist qrupun təkrar baş qaldırmasının qarşısının alınması məqsədilə “gözlə görünən” gələcəkdə də Suiryada qalmaqda davam edəcəklər.

Yanvarın 17-də Stanford Universitetində çıxış edən Tillerson bunu da əlavə edib ki, Birləşmiş Ştatlar Suriyada vətəndaş müharbəsinin başa çatması, prezident Bashar Assad-ın hakimiyyətdən getməsi və İranın ölkədəki təsirinin dəf edilməsi üçün uğurlu sülh prosesi üzərində işləyəcək.

O israr edib ki, ABŞ prezidenti Donald Trump-ın administrasiyası, 2011-ci ildə ABŞ qoşunlarını İraqdan çıxarmış prezident Barack Obama-nın “səhvini” təkrar etməyəcək.

İran və Rusiya 2011-ci il etirazlarının əzilməsindən başlanmış və yüz minlərlə insanın ölümünə səbəb olmuş bu münaqişədə Assad hökumətinə həlledici dəstək verib.

Şimali Koreya məsələsindən danışarkən Tillerson Pxenyanın üzərinə təzyiq göstərən Çinin səylərini təqdir edib və deyib ki, Vaşinqton indi “doğrudan da beynəlxalq sanksiyaların Pxenyanı incitdiyini” hiss edir.

O inandığını bildirib ki, təzyiqlər əvvəl-axır Şimali Koreyanı nüvə və raket proqramlarını müzakirə edən danışıqlar masası arxasına gətirəcək.

Bu arada Trump Rusiyanı Şimali Koreyaya qarşı sanksiyalara xələl gətirməkdə və Pxenyanın nüvə proqramını buxovlamaq cəhdlərini zəiflətməkdə ittiham edib.

Trump Reuters agentliyinə deyib ki, “Rusiya Şimali Koreya məsələsində ümumiyyətlə kömək etmir”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.