Now Reading:
Tender fırıldaqları davam edir
Full Article 50 second read


Təzəcə qeydiyyatdan keçmiş və iş təcrübəsi olmayanlar tenderlərin qalibi olur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) dəftərxana və təsərrüfat malları, avadanlıq, mebel, çap məhsulları, kartric və yaddaş cihazları alması üzrə beş müqavilə bağlayıb. Tədarük heç bir təcrübəsi olmayan, 2 və 10 manat kapitalı olan yeni yaradılmış üç şirkətə həvalə edilib.

Dövlət satınalmaları reyestrinə əsasən, “Life-71”, “Talant-71” və “Alyans-2017” şirkətləri ilə müqavilələrin ümumi həcmi 104,1 min manatdır (61,2 min dollar). Bu şirkətlər bu ilin avqust ayında Sumqayıtda və Saatlı rayonunun Qıraqlı kəndində yaradılıb. “Life-71” MMC-nin və “Talant-71” MMC-nin direktoru Nizami Bahadır oğlu Abdullayev “Platforma-63” və “Receptor” şirkətlərinə də rəhbərlik edir. Onlar bu ilin avqust ayında Sumqayıt şəhəri, Kottec, 60/13 ünvanında yaradılıb. Ələkbər Eynulla oğlu Abdullayev isə 9 avqustda beş şirkətin rəhbəri təyin edilib: Alyans-2017 MMC, Kristal-Servis-2017 MMC, MCTHolding-2017 MMC, Avanqard-2017 LLC və Intern-R MMC . Bütün bu şirkətlər Qıraqlı kəndində qeydiyyatdan keçib. (contact.az)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.