Now Reading:
“Teleqüllə” ərazisində sürüşmə artıb
Full Article 40 second read


Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsi aktiv fazadadır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Ə.Qaralov deyir ki, hazırda ərazidə araşdırma davam etdirilir: “Çatlar üzərində mayaklar quraşdırılıb. Ərazidə yeni çatlar əmələ gəlib. Müəyyən yerlərdə artıq çatların eni 1 metr 40 santimetri ötüb”.

Eksperdisiya rəisi deyib ki, sürüşmə sahəsinə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət edilir.

Xatırladaq ki, “Teleqüllə” sürüşmə sahəsi Teleqüllədən 200-250 metr cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olduğu ehtimal edilir. Sürüşmə sahəsinin bəzi yerlərində 7 metr dərinliyində çatlar yaranıb. Çatların əmələ gəlməsi bu il yanvar ayının ortalarından müşahidə edilir. (Turan agentliyi)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.