Now Reading:
Təhsil Nazirliyində saxta diplom “əməliyyatı”: Müəllimlərin diplomları yoxlanılır
Full Article 1 minutes read

Təhsil Nazirliyində saxta diplom “əməliyyatı”: Müəllimlərin diplomları yoxlanılır



Təhsil Nazirliyi orta məktəblərdə işləyən müəllimlərin diplomlarını yığmağa başlayıb.

Proses 1992-ci ildən indiyə kimi unversitet bitirmiş və məktəblərdə çalışan müəllimləri əhatə edir. Diplomların yığılmasında məqsəd saxta diplomlarla çalışan müəllimləri aşkarlamaqdır.

Əldə etdiyimiz məlumatlara görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Cəlilabad rayonlarında orta məktəblərdə müəllimlərin diplomları artıq yığlıb.

İşin icrası hər bir rayonun Təhsil Şöbəsinə tapşırılıb. Diplomlar yığılandan sonra isə Təhsil Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov 2014-cü ildə orta məktəblərdə 2000-ə yaxın müəllimin saxta diplomla çalışdığını bildirmişdi: “Biz dəqiq sayı bilmirik, amma haradasa 2000 saxta diplomlu şəxs, əsasən də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyir. Bu gün biz onların hamısını adbaad bilirik.

Əldə etdiyimiz bütün məlumatları, o cümlədən onlara saxta diplom verənlərin adlarını da Baş Prokurorluğa vermişik. Onların arasında təhsil sistemindəki rəhbərlər də var.

Mənim bildiyimə görə, Baş Prokurorluq onlarla bağlı iki dəfə məlumat yayıb. Hələ ki biz elə «müəllimlər»i dayandıracaq icazəni ala bilməmişik”.

Onu da bildirək ki, ötən il Azərbaycanda saxta diplomlu 555 müəllim aşkarlanıb. Bu diplomların çoxu Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialları tərəfindən verilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: