Now Reading:
Təhsil İdarəsindən məktəblərdə Yeni il şənliklərin keçirilməsi ilə bağlı açıqlama – VİDEO
Full Article 2 minutes read


“Bakı məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə bağlı heç bir əmr imzalanmayıb. Nə Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən belə bir tapşırıq verilməyib”.

az24saat.org APA-ya istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib: “Amma hər hansı bir məktəb bunu dərs prosesi ərzində etməyə cəhd edərsə, bu da dərsdən sonrakı fəaliyyət kimi məktəbdə keçirilən bütün tədbirlər kimi, yalnız dərsdən sonra keçirilə bilər”.

O vurğulayıb ki, məktəblərdə daha çox milli-mənəvi dəyərlərə köklənən bayram şənliklərinin keçirilməsi ilə bağlı xüsusi təbliğat aparılır: “Yeni il şənliyinin keçirilməsi yanvar ayının 1-nə təsadüf edir. Məktəblərdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbirlərin daha geniş miqyasda keçirilməsi daha məqsədəmüvafiqdir”.

Məhəbbət Vəliyeva valideynlərin narazılığına səbəb olan birinci dərs saatında bədən tərbiyəsi fənninin keçirilməsinə də münasibət bildirib: Məktəblərdə tədris-pedaqoji fəaliyyətin müvafiq təşkili vəziyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diqqətində olan məsələlərdir. Monitorinq sahəsində nöqsan üzə çıxarıldığı təqdirdə, müvafiq intizam tədbirləri həyata keçirilir. Ümumilikdə şagirdlərin dərs cədvəlləri mütləq sanitar normalara əsaslanmalıdır ki, ümumi tədris-pedaqoji sahəyə cavabdehlik daşıyan direktorun təlim-tərbiyə üzrə müavinləri bu məsələni diqqətdə saxlamalıdır. Heç bir halda birinci saat fiziki tərbiyə dərsinin keçirilməsinə yol verilə bilməz. Apardığımız araşdırmalar nəticəsində bu növ xətalar görəndə təbii ki, biz məktəb rəhbərliyinə bununla bağlı müvafiq göstərişlər veririk”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.