Now Reading:
Təcridxanada intihar edən MTN polkovnikinin ailəsi əmlaklarını istəyir
Full Article 1 minutes read

Təcridxanada intihar edən MTN polkovnikinin ailəsi əmlaklarını istəyir



MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi, general Elçin Quliyevin 10 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən onun müavini olmuş, həbsindən iki ay sonra Kürdəxanı təcridxanasında intihar etmiş İlqar Əliyevin yaxınları da narazı qalıb. Mərhum polkovnikin ailə üzvləri hökmdən apellyasiya şikayəti veriblər. Buna səbəb isə həmin hökm əsasında İlqar Əliyevin özünə və yaxınlarına məxsus əmlakların müsadirə olunmasıdır.

2015-ci ilin oktyabrında İlqar Əliyev həbs olunarkən onun və yaxınlarının bir sıra əmlaklarının üzərinə həbs qoyulmuşdu. Elçin Quliyev haqqında hökm çıxaran hakimlər belə hesab edib ki, onun müavininin üzərində həbs olan əmlakları cinayət yolu ilə əldə olunub, ona görə də müsadirə edilməlidir. İlqar Əliyevin haqqında cinayət işinə isə onun ölümü ilə əlaqədar xitam verilib.
Adamları həbslə hədələyib əmlaklarını əlindən almaqda, rüşvət almada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, agentura və əməliyyatlara ayrılan pulların mənimsənilməsində və s. günahlandırılan Elçin Quliyev özü də haqqındakı hökmdən şikayət verib. Deyir ki, günahsızdır. Bakı Apellyasiya Məhkəməsində onun işinə baxan hakimlər İlqar Əliyevin yaxınlarının şikayətini də araşdıracaq.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.