Now Reading:
TƏCİLİ – Əvez Zeynallı 4-cü polis bölməsinə aparıldı!
Full Article 1 minutes read


Bu gün “Xural” qəzetinin Baş redaktoru, “Xural.com” informasiya saytının rəhbəri Əvəz Zeynallı Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinə aparılıb.

Baş redaktorun həyat yoldaşı, jurnalist Mələhat Qisuri faceboook profilindən bu barədə məlumat paylaşıb.

“Uzun müddətdir ki, Əvəz Zeynallı sosial şəbəkələrdə canlı yayımlar apararaq, Binəqədi rayon polis bölməsi əməkdaşlarının işlərinə göstərdikləri məsuliyyətsizliyi, lazım gəldi-gəlmədi Binəqədi şossesində yolu bağlayaraq, minlərlə insanı onlarla kilometr yolu evlərinə piyada getməyə məcbur etməklərini ifşa edib.

Bu gün də eynilə yolların heç bir xəbərdarlıq edilmədən bağlanması yüzlərlə insanın piyada yürüməsinə səbəb olub. Yolda çəkiliş etməyə cəhd göstərən Əvəz Zeynallını bu dəfə vəzifəsini və kimliyini təqdim etməyən polis əməkdaşı təhqir edib.

Əməkdaşı təhqirə yol verməməyə çağıran Əvəz Zeynallı sadə insanlara qarşı kobudluq göstərən həmin adama vəzifə səlahiyyətlərini xatırladıb. Bu da təbii olaraq polisin xoşuna gəlməyib və məcburi qaydada Əvəz Zeynallını 4-cü polis bölməsinə aparıblar.

İlkin məlumata görə, onun cəzalandırılması üçün tədbirlər hazırlanır.”

Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci ildən 2014-cü ilədək jurnalistika sahəsində apardığı fəaliyyətinə görə şərlənərək həbs edilib.

Həbsdən çıxdıqdan sonra da ictimai fəaliyyətini davam etdirən Zeynallının rəhbəri olduğu “xural.com” saytının fəaliyyəti bir müddət əvvəl DDoS hücumları nəticəsində dayandırılıb.

Məsələ diqqətimizdədir!

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.