Now Reading:
Sürücülərin nəzərinə: Bu körpüdən keçərkən diqqətli olun – XƏRİTƏ
Full Article 30 second read


Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul rayonu) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki (Bakı şəhəri istiqaməti) deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, aparılan bərpa işləri ilə əlaqədar olaraq körpünün sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhəri istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti əks istiqamətə yönəldilməklə təmin olunacaq.

Sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.