Now Reading:
Sürücülərin nəzərinə: Bakının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Full Article 40 second read

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadov prospektinin “20 yanvar dairəsi”ndən “Çermet körpüsü“-nə qədər olan hissəsində (Koroğlu metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 4 may 2018-ci il tarixində adı çəkilən ünvanda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.



“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Yol bağlı olmayacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

“Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, – deyə məlumatda vurğulanıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: