Now Reading:
Sürücülərin nəzərinə
Full Article 30 second read

Sürücülərin nəzərinə

Sabunçu-Ramana avtomobil yolunun tikintisinə başlanılıb.
 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

“Qafqazinfo” “Azəravtoyol” ASC-nin saytına istinadən xəbər verir ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramışdı.
Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5.7 km, mövcud eni isə 7-8 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 10 metrə qədər genişləndirilərək 2 hərəkət zolağından ibarət olacaq.
Hazırda vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1.5 metr enində piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi işləri aparılır. Ümumilikdə yolun 60 min m2 ərazisinin asfaltlanması nəzərdə tutulub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.