Now Reading:
Sürücülərə qarşı qaydalar SƏRTLƏŞDİRİLİR
Full Article 40 second read


Bu gün “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklər edilir.

Dəyişiklik qüvvəyə mindikdən sonra cəriməsini ödəməyən sürücülərin sürücülük vəsiqələri dəyişdirilməyəcək, avtomobilləri texniki baxışdan keçirilməyəcək.

Bizimyol.info bildirir ki, bu barədə nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov məlumat verib.

“Avtomobilini qeydiyyat (o cümlədən addan-ada keçirdərkən) və texniki baxışdan keçirərkən, həmçinin sürücülük vəsiqəsini dəyişərkən sürücünün yol hərəkəti qaydalarını pozduğuna görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilməmiş həmin hərəkətlər edilməyəcək. Yəni, cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək və sürücülük vəsiqəsi dəyişdirilməyəcək”.

Ərşad Hüseynov sürücüləri qaydalara riayət etməyi, cərimə olunduqda isə vaxtında ödəniş aparmağı məsləhət görüb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.