Now Reading:
Suriyada kürd terrorçuları dörd türk hərbçini öldürdü
Full Article 30 second read


Suriya-Türkiyə sərhədi yaxınlığında şiddətli döyüşlər başlayıb.

Bu barədə “Əl-Mayadin” telekanalı məlumat yayıb.

Bildirilir ki, kürd terrorçuları ilə Türkiyə hərbçiləri arasında şiddətli atışma olub. Silahlı insident zamanı 4 türk əsgəri şəhid olub. Qarşı tərəfin itkiləri barədə məlumat verilməyib.

Hadisə Türkiyə hərbçilərinin bölgəyə daxil olmaq istədikləri vaxt baş verib. Suriyanın Afrin bölgəsində yaranmış gərginlik zamanı hələlik üçüncü dövlətin hərbçiləri müdaxilə etməyiblər. Lakin əraziyə Suriya qoşunlarının da gətirildiyi barədə məlumatlar daxil olub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.