Now Reading:
Sumqayıtda yaşayış binasında yanğın olub, 11 sakin təxliyə edilib
Full Article 30 second read

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və 0,5 m² sahədə mətbəx mebeli yanıb.



FHN-dən APA-ya verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib.

Yanğın zamanı 11 bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.