Now Reading:
Sumqayıtda maaşlarını ala bilməyən işçilər yolu bağladı: Gübrə zavodunda narazılıq
Full Article 40 second read

Sumqayıtda maaşlarını ala bilməyən işçilər yolu bağladı: Gübrə zavodunda narazılıq



Sumqayıtda inşa olunan Gübrə istehsalı zavodunda çalışan işçilər 2 aydır əmək haqlarını ala bilmir.

Bu barədə Xeberle.com-a işçilərdən biri məlumat verib. O, qeyd edib ki, rəhbərlik bu gün əmək haqlarını verəcəyini bəyan etsə də vədinə əməl etməyib.

İşçilər etirazlarını Bakı-Quba yolunun zavod inşa olunan ərazisindən keçən hissəsini bağlamaqla bildiriblər. Yolu bağlayan işçilər rəhbərlikdən maaşlarının verilməsini tələb ediblər. Əraziyə gələn səlahiyyətli şəxslər işçilərə zəhmət haqlarının mayın 20-də ödənəcəyinə söz veriblər. Bundan sonra maaşlarının verilməsini tələb edənlər avtomobil yolunu açıblar və nəqliyyatın hərəkəti bərpa olunub.

Qeyd edək ki, Sumqayıtda Gübrə istehsalı zavodunu Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi ilə Samsung Engineering şirkəti inşa edir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.