Now Reading:
Şotlandiyanın baş naziri qadın heykəlləri kampaniyasını dəstəkləyir
Full Article 50 second read

Şotlandiyanın baş naziri qadın heykəlləri kampaniyasını dəstəkləyir



Şotlandiyanın paytaxtı Edinburqda qadın heykəllərinin sayının heyvan heykəllərindən az olduğunu ortaya qoyan bir araşdırma aparılıb.

Araşdırmanın ardından Baş nazir Nikola Sturgeon daha çox qadın heykəli tikilməsi üçün başladılan kampaniyaya dəstəyini açıqlayıb.

İngiltərədə nəşr olunan İ qəzetinin xəbərinə görə Edinburqda yalnız iki qadın heykəli var. Bunlardan biri Kraliça Viktorianın, digəri də Helen Crumminindir.

Başladılan kampaniya çərçivəsində şotlandlardan istədikləri qadınların adlarını göndərmələri istənib. Təklif olunan adlar arasında Birinci Dünya müharibəsi zamanı Avropada tibb bacısı olan və Şotland Qadın xəstəxanasını quran Elsie İnglis, Britaniyanın ilk doğum nəzarəti klinikasını quran Marie Stopes, yazarlar Muriel Sparks və JK Rowling, o cümlədən ölkənin ən çox medala sahib qadın olimpiya atleti Katherine Grainger var.

Kampaniyaya münasibət bildirən Sturgeon “Edinburqun məşhur qadınları da məşhur kişiləri qədər heykələ sahib olmalı” deyə bildirib.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: