Now Reading:
Sonuncu olmaq hissiyyatını yaxın belə buraxmadım
Full Article 50 second read


Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Berlində keçirilən İddiaçılar Turnirində çıxışını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı şahmatçı yenidən geri qayıdacağını açıqlayıb.

Yarışda ikinci yeri tutan həmyerlimiz facebook səhifəsində azarkeşlərdən bağışlanmasını da istəyib: “Dostlar, bu gün sizdən sadəcə məni dinləməyi xahiş edirəm. Sizdən şikayətim yoxdu. Vaxtımın azlığına baxmayaraq, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italiyalıya və ya erməniyə olan dəstəyi də gördüm. Yaxşı ki, varsız demək istəyirəm. Sizlərə birinciliyi yaşatmadım, sorry (bağışlayın). Amma sonuncu olmaq hissiyyatını yaxın belə buraxmadım. Mənə sona qədər inandığınız üçün çox sağ olun. Sizin bütün mesajları almışam, amma siz cavab almamısızsa, üzrlü sayın. Sadəcə, inanın. Yaxşı ki, varsız. Biz geri qayıdacağıq. Uğurla və 100 dəfə sağ olun”.

Qeyd edək ki, yarışına qalibi adını amerikalı 9 xalla Fabiano Karuana qazanıb. O, Məmmədyarovu 1 xal qabaqlayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: