24 saat

“Son zəngi” metroda qeyd etdlər – Məzunların qeyri-adi əyləncəsi – VİDEO


Məzun günündə hər kəs digərlərindən fərqlənmək üçün daha kreativ üsullar tapmağa çalışır.

Xezerxeber.az bildirir ki, Binə qəsəbəsinin məzunları da bu əlamətdar günü metroda keçirmək qərarına gəliblər. Gənclərin metroda nağaranın müşayiəti ilə rəqsi böyük marağa səbəb olub.
Paytaxtın Xəzər rayonu Binə qəsəbəsindəki məktəblərdən birinin şagirdləri məzun gününü qeyri-adi bir şəkildə qeyd ediblər.

Gənclər metroda oynayarkən vaqondakı sərnişinlər da onlara dəstək olublar.
Metroda məzun gününü qeyri-adi şəkildə qeyd edən həmin gənclərlə söhbətləşmişik.

Məzunların nağara ilə metroya girişi də maraqlı olub.
Məzunlar elə metrodakı rəqslərini Xəzər TV-də də təkrarlayıblar.
İndi onların ən böyük arzusu ali məktəbə qəbul olaraq tələbə adını qazanmaqdır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: