Now Reading:
SOCAR-ın gəlirləri artıb: qaz limiti ləğv olunacaqmı?
Full Article 3 minutes read


SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan “Petkim Petrokimya Holding A.Ş.” (“Petkim”) 2017-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. “APA-Economics” şirkətin ilkin vergi bəyannaməsinə istinadən xəbər verir ki, “Petkim” ötən il 1 mlrd. 430,911 mln. türk lirəlik xalis mənfəətlə başa vurub. 2016-cı il ilə müqayisədə ötən il şirkətin xalis mənfəəti 2,04 dəfə artıb.

2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan “Petkim”də nəzarət-səhm paketinə malik olmaq üçün “SOCAR Türkiyə Enerji A.Ş.” vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə “SOCAR Türkiyə Enerji A.Ş.” “Petkim” obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod “Petkim”in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

24saat.org yada salır ki, 2016-cı ildə təbii qaza illik 1700 kub qaz limitinin tətbiqi ilə əlaqədar qərar verilən zaman SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalayev qurumun 2016-cı il ərzində ciddi itkilərə məruz qaldığını bildirmişdi. O qeyd etmişdi ki, abunəçilərin sayı 3 dəfə artaraq 2 milyonu ötüb və “Azəriqaz” istehsalat və paylayıcı şəbəkələrin artması nəticəsində maliyyə çatışmazlıqları ilə üzləşib. “Bunun əsas səbəbi isə ölkədə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə əsasən əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınması və sabit tarif əsasında Azərbaycan manatı ilə satılmasıdır” – deyən İbrahim Kərbalayev məsələnin İstehsalat Birliyinin davamlı fəaliyyətini mümkünsüz etdiyini və bu səbəblə Tarif Şurasına müraciət edildiyini açıqlamışdı. Bu mürqciıtdın sonra isə Tarif Şurası qaza limit tərbiq edərək, 1700 kubdan artıq istifadə edənlərə qazın ikiqat qimətə satılmasına qərar vermişdi.

Qazın qiymətinin artması “Azəriqaz”ın, SOCAR-ın itkiləri ilə bağlı idisə, deməli, həmin məntiqlə SOCAR-ın gəlirləri aran zaman əhaliyə tətbiq edilən limitin ləğvi də mümkündür.

24saat.org onu da xatırladır ki, hökumət həmin vaxt qazın qiymət artımına itkilərin səbəb olduğunu açıqlasa da, BP şirkətinin açıqlaması məsələnin deyilən kimi olmadığını deməyə əsas verirdi. BP-nin açıqlaması Azərbaycana verdiyi səmt qazı ilə bağlı idi. Açıqlamaya əsasən, bu şirkət hər il ölkəmizə təmənnasız olaraq 2-2.3 milyard kubmetr qaz verir. 2016-cı ilin birinci yarısındı şirkət Azərbaycana 1.3 milyard kubmetr səmt qazı verib. Bunu da “BP Azərbaycan” şirkətinin prezidenti Qordon Birrel demişdi.

Ekspertlərin fikrincə, BP-nin Azərbaycana verdiyi səmt qazı bəs edir ki, qiymətlər aşağı salınsın. Amma hökumət bunun əksini edir. Rəsmi statistikaya görə, Azəriqaz İstehsalat Birliyi ölkəmizin bütün regionlarını əhatə edən 1 milyon 954 mindən çox istehlakçını təbii qazla təmin edir. BP şirkətinin Azərbaycana təmannasız verdiyi səmt qazı (2 milyard kubmetr) ilə bütün abonentlərə il ərzində 1023 kubmetr PULSUZ mavi yanacaq vermək mümkündür.

Xatırladaq ki, Azərbaycanda il ərzində əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılara mavi yanacağın bir kubmetri əvvəl olduğu kimi 10 qəpikdən, limiti keçdikdən sonra isə 20 qəpikdən hesablanır.

Başqa sözlə, hökumət pulsuz aldığı qazı əhaliyə 10 qəpikdən, pulla aldığı qazı isə 20 qəpikdən satır.

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.