Advertisements
24 saat

Elə gün yoxdur ki, SOCAR və onun rəhbərliyinin ölkə əhalisinin cibinə girməsi barədə konkret faktlara söykənən informasiyalar yayılmasın.

Daha çox sosial şəbəkələrdə yayılan bu tip xəbərlər hər zaman ciddi ictimai qınaqla qarşılansa da, SOCAR rəhbərliyi əhalinin cibinə girmək mərəzinə son qoymur.

08.01.2017-ci il tarixində “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”nın sədri mirvari Qəhrəmanlı növbəti dəfə SOCAR-ı ifşa edib. Onun facebook profilindən paylaşdığı “Azəriqaz” İB tərəfindən abonentə verilən borc bildirişində SOCAR-ın fırıldağa əla atdığı aşkar görünür. Belə ki, surətini təqdim etdiyimiz 26/12/2017-ci il tarixində verilmiş bildirişdə abonent Məmmədov Elnur Ədalət oğlunun 134.60 AZN borclu olduğu göstərilib.

“Azəriqaz” İB-nin saxtakarlığı əks etdirən qəbzi

Lakin saxtakarlığı edən tərəf elə həmin bildirişdəcə göstərib ki, abonent 4 yanvar 2018-ci ildə, yəni bildirişin verilməsindən 9 gün sonra 50 AZN ödəniş edib. Maraqlıdır, görəsən SOCAR rəhbərliyi 26 dekabr tarixində çap olunan bildirişə son ödəmə tarixinin 4 Yanvar 2018-ci il tarixində olduğunu hansı məntiqlə qeyd edib? Sualın cavabı sadədir – SOCAR sıfırlama prosesi zamanı ölkə vətəndaşına hər kub metr üçün 10 qəpikdən qaz satmağın sərfəli olmadığını düşündüyündən bu kimi saxta yollarla əhalidən ikiqat pul toplamaq niyyətinə düşüb.

AZ24saat.ORG saytı bu kimi problemlərlə üzləşən vətəndaşlardan problemlərinin ictimailəşdirilməsi üçün redaksiyamızın elektron poçtuna (24saat.org@gmail.com) yazmalarını xahiş edir.

az24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: