Now Reading:
SMS-lərə cavab verməyən vətəndaş 100 manat məbləğində cərimə olunacaq
Full Article 2 minutes read

SMS-lərə cavab verməyən vətəndaş 100 manat məbləğində cərimə olunacaq

Vergilər Nazirliyinin saytından vergi ödəyicilərinə daxil olan virtual məlumatlara reaksiya verilməməsi ilə bağlı cəza tətbiq olunacaq
Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə edilən və 1 yanvar 2017-cin ildən qüvvəyə minən dəyişikliklər — vergi qanunvericiliyini pozmaqla bağlı maliyyə sanksiyalarının tətbiqi — vergi ödəyicilərinin vergi məlumatlarını vaxtında verməməsi ilə əlaqədar deyil. Bunu Sputnik Azərbaycan-a AR Vergilər Nazirliyindən bildiriblər.
Oxucuların redaksiyamıza etdikləri müraciətlərə cavab olaraq VN-dən bildiriblər ki, Vergilər Nazirliyinin saytından vergi ödəyicilərinə daxil olan virtual məlumatlara, həmçinin bu məlumatların oxunmaması ilə bağlı SMS-lərə 10 iş günü ərzində reaksiya verməyən vergi ödəyicilərinə 100 manat məbləğində cərimə tətbiq ediləcək.
O da məlum olub ki, Nazirlər Kabinetinin bu dəyişikliyi maliyyə sənədlərinin, mühasibat kitablarının, nağd vəsaitlərin, hesabatların, smetaların, qiymətli kağızların və digərlərinin yoxlamaları zamanı tələb olunan məlumatları gec təqdim edən və ya qəsdən təhrif edən vergi ödəyiciləri ilə bağlıdır. VN-in SMS məlumatları ilə bağlı bildirilir ki, onlar fəaliyyətdə olan proqramların köməyi ilə avtomatik olaraq vergi qanunvericiliyindəki və digər normativ sənədlərdəki dəyişikliklərlə bağlı vergi ödəyicilərini məlumatlandırırlar. “Sözügedən məlumatlar vergi ödəyiciləri üçün vacib olanları onlara xatırlatmaq məqsədilə göndərilir” — deyə VN-in maliyyə şöbəsindən bildiriblər. Vergilər Nazirliyinin məlumatına görə, 2016-cı ildə vergi ödəyicilərini məlumatlandırmaq üçün 1,737 milyon SMS göndərilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: