Now Reading:
Slovakiyada araşdırmaçı jurnalist öldürülüb
Full Article 50 second read


Son zamanlar Avropada bu jurnalistlərlə bağlı ikinci qətl hadisəsidir

Slovakiyada araşdırmaçı jurnalist Jan Kuciak öldürülüb.

Polis 27 yaşlı jurnalistin Velka Masa şəhərindəki evində qadın sevgilisiylə birlikdə güllələnərək öldürüldüyünü bildirir.

Velka Masa şəhəri paytaxt Bratislavadan 65 kilometr şərqdə yerləşir.

Polis rəhbəri Tibor Gaspar deyib ki, qətllərin “onun araşdırmaçı fəaliyyətiylə əlaqəli olduğu görünür”. O, deyib ki, Slovakiyada jurnalistə qarşı belə bir hücum əvvəllər baş verməyib.

Jan Kuciak Aktuality.sk xəbər saytı üçün çalışırdı. Onun fevralın 9-da dərc olunmuş məqaləsində Bratislavada dəbdəbəli yaşayış kompleksiylə bağlı şübhəli vergi fırıldağından söz açılırdı.

Məqalənin ötən il etirazlara səbəb olduğu və buna görə daxili işlər naziri Robert Kalinak-ın bir “Developer” şirkətiylə biznes əlaqələrinə görə istefası tələb olunub.

Bu hadisə son zamanlar Avropa araşdırma aparan ikinci jurnalist ölümüdür.
2017-ci il oktaybrın 16-da Maltalı jurnalist Karuana Qalisiya evinin yaxınlığında avtomobilinin partladılması yolu ilə öldürülüb.

azadliq.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.