Now Reading:
Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur”
Full Article 50 second read


“Bəzi media orqanları yalnış məlumat yayırlar ki, guya Azərbaycanda siyasi məhbus var. Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur”.

“Ölkə.Az“-ın məlumatına görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Parlamentin komitə sədri, deputat Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, Azərbaycanda heç bir şəxs siyasi baxışına görə məsuliyyətə cəlb olunmayıb:
“Yeni Azərbaycan Partiyasının siyasəti də bundan ibarətdir. YAP iqtidara gəldiyi dövürdən belə bir proses olmayıb və hər bir şəxs törətdiyi cinayətə uyğun məsuliyyətə cəlb olunub. İstər YAP üzvü olsun, istər digər partiya üzvü olsun, bu onu törətdiyi əməldən sığortalamır. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhsus yoxdur”.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov da qeyd edib ki, son dövürlər bəzi mətbuat orqanlarında siyasi məhbus məsələləri ilə bağlı təhriflər olunur.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.