Now Reading:
Siqaret çəkmək insanın cəlbediciliyini azaldır – ARAŞDIRMA…
Full Article 50 second read


Sən demə, siqaret çəkmək insanın cəlbediciliyini azaldırmış.
Məsələ heç də imicdə deyil – nikotin vaxtından əvvəl dərinin qocalması deməkdir, çünki zaman keçdikcə daha pis görsənəcək.

Moderator.az “Daily Mail” – ə istinadən bildirir ki, Bristol Universitetinin tədqiqatçıları təcrübə zamanı o nəticəyə gəliblər ki, nikotin insanın xarici görünüşünə məhvedici təsir göstərir.
İlkin tədqiqatlar qardaş və bacıları olan əkiz kişi və qadınlar üzərində aparılıb. Təcrübə zamanı mütəxəssislər müqayisə üçün siqaret çəkən və çəkməyən 23 əkizlər üzərində eksperment aparıblar və onların görkəmini 500 təsadüfi adama göstərməklə qiymətləndiriblər.
İki fotonu müqayisə edənlərin 70 %-i qeyd ediblər ki, siqaret çəkməyən qadın və kişilər çəkənlərdən daha yaxşı görsənirlər. Alimlər bunu sadə yolla izah edirlər: nikotin qan daşıyan damarları daraldır, həm də dərinin elastikliyini və möhkəmliyini təmin edən kollageini zülalları dağıdan fermentlərin sintezini buraxır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.