Now Reading:
Şimali Koreya lideri bacısını Cənubi Koreyaya göndərir
Full Article 40 second read


Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı, 28 yaşlı Kim Ye Çjon Cənubi Koreyada keçiriləcək Qış Olimiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

“Report” xəbər verir ki, o, Cənubi Koreyaya səfər etmiş ikinci qadın dövlət məmuru olacaq.

İlk dəfə onun bibisi, Kim Çen İrin bacısı Kim Qyon Hi bu ölkəyə səfər etmişdi.

Kim Ye Çjon 2017-ci ildən Şimali Koreya Əmək Partiyasının Siyasi Bürosunun üzvüdür. O, Şimali Koreyada mühüm dövlət postu tutur.

Qeyd edək ki, Kim Ye Çjonun adı ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslərin siyahısına salınıb. O, Şimali Koreyada insan haqlarını pozan əsas şəxslərdən biri sayılır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.