Now Reading:
Şimalı Koreya ABŞ-a müharibə elan etməyə hazırdır
Full Article 2 minutes read

Şimalı Koreya ABŞ-a müharibə elan etməyə hazırdır

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

KİV-də ABŞ-ın Şımalı Koreyaya zərbə endirməyə hazır olması ilə bağlı məlumatlar yayılandan dərhal sonra Pxenyan Vaşınqtona sərt cavab verib. ABŞ bəyan edib ki, Şimalı Koreya nüvə sınağına hazırlaşacağı təqdirdə bu ölkəyə preventiv zərbələr endiriləcək.

Şimalı Koreya hakimiyyəti öz növbəsində əmin edib ki, hücum olacağı təqdirdə bunu cavabsız qoymayacaq.
Bu barədə aprelin 14-də KXDR-ın xarici işlər nazirinin müavini Xan Son Rel açıqlama verib. “Əgər ABŞ təxribat etsə, biz də müharibəyə gedəcəyik. ABŞ-ın preventiv zərbəsindən sonra sakit dayana bilmərik”, – deyə o qeyd edib.
Nazir müavini bildirib ki, ABŞ regionda problemlər yaradır. O, Donald Trampın Twitter-dəki açıqlamaları xüsusi qeyd edib. “Tramp aqressiv çıxışları ilə təxribat törədir. KXDR deyil, ABŞ regionda problem yaradır”, – deyə o bildirib.
Xatırladaq ki, aprelin 11-də Tramp Twitter-də “Şimalı Koreya özünə problem axtarır. Çin kömək etməyə hazır olsa, əla olar. Əgər etməsə, problemi onlarsız da həll edərik” yazıb. Bir gün sonra ABŞ prezidenti yazıb ki, aprelin 11-də Şimalı Koreyadan gələn təhlükə ilə bağlı Çin lideri ilə çox yaxşı telefon danışığı aparıb. Tramp bildirib ki, Çin Şimalı Koreya ilə lazımı kimi rəftar edəcək, əks halda ABŞ bunu öz müttəfiqləri ilə edəcək.

Fizzə

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.