Now Reading:
Şeyxülislam: “Ətrafımızda baş verən hadisələrə baxanda ölkəmizdəki əmin-amanlığa şükür etməliyik”
Full Article 30 second read


“Bu gün Yaxın Şərqdə, ümumiyyətlə, ətrafımızda baş verən hadisələrə baxanda ölkəmizdəki əmin-amanlığa şükür etməliyik. Bu əmin-amanlığın sükanı arxasında prezident İlham Əliyev dayanıb”.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ölkədəki dini icmaların təmsilçiləri ilə keçirdiyi görüşdə bildirib. O qeyd edib ki, xalq bu məqamı diqqətdən qaçırmamalıdır: “Ətrafda baş verən qanlı-qadalı hadisələrin içində Azırbaycandakı əmin-amanlığı qiymətləndirməliyik, İlham Əliyev cənablarının ətrafında sıx birləşməliyik. Bu əmin-amanlığı elə öz həyatımız, rifahımız naminə qiymətləndirib, qoruyub saxlamalıyıq”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.