Now Reading:
Şeyx mollalara xəbərdarlıq etdi
Full Article 1 minutes read

Allahşükür Paşazadə: “İftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlar cəzalandırılacaq”



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə orucluq vaxtı iftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlara xəbərdarlıq edib.

Şeyxülislam bildirib ki, iftardan əvvəl imkan şəxslərin orucluğu saymayaraq, guya ehsan verirmiş kimi məclis təşkil etməsi, xüsusən də bizim mollaların ora qatılması Allaha qarşı çıxmaqdır.

O qeyd edib ki, belə hal aşkarlanarsa həmin din xadimi cəzalandırılacaq: “Belə hal dinə şəkk, Allaha üsyan etməkdir. Kiminsə imkanı varsa, bu, o demək deyil ki, orucluğun əleyhinə çıxmalıdır”.

Şeyx əlavə edib ki, Azərbaycanda saxta molla problemi var. “Yalançı mollaların fəaliyyət göstərdiyini görürük”.

O qeyd edib ki, QMİ-də qeydiyyata alınmayan, icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər və bu, ciddi problemdir: “Faktiki olaraq bu, qanun pozuntusudur. Bizim tərəfimizdən təyin edilməyən insanların dini mərasimlər aparmasının qarşısı alınmalıdır və bu istiqamətdə iş gedir. Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də xahiş edərdim ki, bu işdə bizə kömək etsin”. (APA)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: