Now Reading:
Sevgililəri çimərlikdə ildırım vurdu
Full Article 40 second read

Sevgililəri çimərlikdə ildırım vurdu



İyulun 3-də Moskvanın şimal-qərbində sevgili cütlüyü oturduqları ağacın altında ildırım vurub.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, elektrik yükünün təsirindən onların hər ikisi oradaca ölüblər.

Sonradan məlum olub ki, faciənin qurbanı olanlar Axtubinsk şəhərinin 42 yaşlı sakini Natalya B. və onun Moskva sakini 32 yaşlı sevgilisidir. Cütlük Stroqin yarımadasında yağışdan qorunmaq üçün böyük bir ağacın altına sığınıblar. Şahidlərin sözlərinə görə, ildırım ağacı vurandan sonra hər ikisi yerə sərilib.

“Zərbə o qədər güclü olub ki, kişini bir neçə metr aralı tullayıb. Onun meyiti çayda axtarılır. Qadın isə elə ağacın altında ölmüş vəziyyətdə qalıb”, – hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Cütlüyün çimərliyin yaxınlığında – Planer küçəsində yaşadığı məlum olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: