24 saat

“Sarkisyan Qarabağın səmasında, elə helikopterdəcə vurulsun” -Şok təklif


Azərbaycan Respublikası Atlas Araşdırma Mərkəzinin direktoru Elxan Şahinoğlu verdiyi açıqlamasında Azərbaycan Silahlı Qüvvələrindən Ermənistan prezidentini daşıyan helikopteri Qarabağ üzərindən uçarkən hədəf almalarını təklif edib.

Türkiyə mediasında çıxan xəbərlərdə azərbaycanlı politoloq sözlərinə bu şəkildə davam edib:

“Ermənistan Prezidenti Serj Sarkisyan davamlı olaraq Qarabağa ziyarət edir və hər səfərində də Azərbaycan Respublikasının hava sahəsini pozur. Ona görə də hava sərhəddimizi pozanlar hədəf alınmalıdır.

Bu təklif Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar uzun müddətdir davam edən azəri-erməni müharibəsinə son vermək və ya bu məsələnin sülh yolu ilə həlli prosesini dəyişmək deyil. Bundan əvvəl də qarşı tərəf buna bənzər təkliflər irəli sürmüşdü. Nüvə hücumu, müharibənin yenidən başladılması, sakinlərin yaşadığı ərazilərin bombalanması, ATƏT-in Minsk qrupuna paralel qrupların yaradılması kimi…”

“Son olaraq politoloq Elxan Şahinoğlunun Ermənistan prezidenti Serj Sarkisyana fiziki məhvinin planlaşdırılması üçün əməliyyat təklifini irəli sürməsi düşündürücüdür. Burdan məlum olur ki, Elxan Şahinoğlu Avropa Birliyinin Avropa vətəndaşlarına və nümayəndələrinə, Azərbaycan Respublikasının işğal altında olan torpaqlarına səfər etməkdən və ya bu bölgəyə sərmayə qoymaqdan yayındırmaq məqsədi və xəbərdarlıq etmək üçün Ermənistan prezidentinə fiziki məhvinin planlaşdırılması üçün əməliyyat kimi sərt bir açıqlama verib” deyə Türkiyə mediası qeyd edib.(“A24.az”)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: