Now Reading:
Sarkisyan Əliyevin iştirak edəcəyi sammitə gedir
Full Article 40 second read

Sarkisyan Əliyevin iştirak edəcəyi sammitə gedir



Ermənistan prezidenti Serj Sarkisyan Polşaya səfərə gedəcək. Anspress-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Sarkisyanın səfəri iyulun 8-ə planlaşdırılıb. O, NATO-nun Varşava şəhərində keçirilən sammitində iştirak edəcək.

NATO-nun Varşavada keçiriləcək sammitində 18 prezident iştirak edəcək. Prezident İlham Əliyev də sammitə iştirak etmək üçün Varşavaya işgüzar səfərə gedib.

Bir müddət əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün yeri NATO-nun iclası çərçivəsində Varşavada ola biləcəyi barədə Ermənistan mətbuatında xəbərlər yayılmışdı.

Sammitdə prezidentlərlə bərabər 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Təşkilatın iclası iyulun 8-9-da Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək.

Sammitin növbəti günü Əfqanıstan barədə səhər müzakirəsi ilə başlayacaq. Transanadolu (TANAP) və Trans-adriatik (TAP) layihələrinin reallaşdırması məsələsi NATO-un Varşava sammitində müzakirə ediləcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: