Now Reading:
Sankt-Peterburqda partlayış – Xəsarət alan var
Full Article 30 second read

Sankt-Peterburqda partlayış – Xəsarət alan var



Rusiyanın Sankt-Peterburq şəhərində baş vermiş partlayış nəticəsində bir nəfər xəsarət alıb.

24saat.org-un APA-ya istinadən xəbərinə əsasən, partlayış Vasilyev adasındakı Çernışevski adına kitabxananın qarşısında baş verib.

Məlumata görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində partlayıb. Partlayış nəticəsində əlsiz qalan gənc təcili xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, yeniyetmənin kitabxananın yaxınlığında yerdən götürdüyü əşya onun əlində partlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: