Now Reading:
Şamaxıda vulkan püskürməsi dayandı
Full Article 50 second read


Yanvarın 15-də gecə saat 00:23-də Şamaxı rayonunun Quşçu kəndində vulkan püskürüb. Püskürmə 3-5 dəqiqə davam edib, hündürlüyü 10, diametri 60-70 metr, məhsullarının həcmi 1490 kubmetr olub. Püskürmənin qalınlığı mərkəzi hissədə 50-70, kənarlarda 20 santimetr təşkil edib. Hazırda proses dayanıb və aktivlik gözlənilmir.

Bu barədə “AzərTAc”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoekoloji Monitorinq Mərkəzinin direktoru Əli Əliyev məlumat verib.

Direktor bildirib ki, ümumiyyətlə, bölgə palçıq vulkanları zonasıdır. Həmin vulkan klassik vulkanlar sırasına daxildir. Hər tərəfdən palçıq vulkanları ilə əhatə olunub. Son dəfə 2-3 il əvvəl püskürmə qeydə alınıb. Püskürməyə səbəb ocaq zonasında qazların və təzyiqli suların toplanması və tektonik aktivlikdir.

Ə.Əliyev nazirliyin əməkdaşlarının əraziyə baxış keçirdiyini və təbiət hadisəsinin yaşayış məntəqələrinə yaxın olsa da, heç bir təhlükə törətmədiyini, təsərrüfata zərər vurmadığını vurğulayıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.