Now Reading:
Salyanda ev yanıb
Full Article 30 second read


Bu gün günorta saatlarında Salyan şəhərində imkansız ailələr üçün salınmış şəhərcikdəki evlərdən birində qəfil yanğın baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Həsən Məmmədov küçəsi, 46 ünvanında yerləşən evin sahibi Rafiq Sadıqov yanğın zamanı işdə olub. Həyat yoldaşı isə 2 azyaşlı uşağını məktəbdən gətirməyə getdiyindən, xəsarət alan olmasa da, ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə gəlmiş FHN-nin yanğınsöndürənləri yanğını lokallaşdıraraq yanaşı yerləşən evlərə keçməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.